Qadin.NET / Cəbhədə partlayış: yaralı hərbçilər var

Cəbhədə partlayış: yaralı hərbçilər var

 

Cəbhədə partlayış: yaralı hərbçilər var

Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsindəAzərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.

 

Mənbə: ANS PRESS

31 oktyabr 2015
GO BACK