Qadin.NET / Gözlənilməz MTN qərarı

Gözlənilməz MTN qərarı

 

Gözlənilməz MTN qərarı

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə gəlmək istəyən şəxslərə vizaların verilməsi ilə bağlı reqlamenti təsdiq edib. 
ANS PRESS-in məlumatına görə, "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"i oktyabrın 27-dən qüvvəyə minib. 
Bu reqlamentə əsasən http://evisa.mfa.gov.az ünvanında təqdim edilən elektron xidmət qeyd edilən xidmətləri əhatə edir: Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsi.
Elektron xidmətin ödənişli olduğu və ödənişin müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq geri qaytarılmadığı bildirilir.

 

Mənbə: ANS PRESS

31 oktyabr 2015
GO BACK