Qadin.NET / "Qarabağ" azarkeşlərinə şad xəbər

"Qarabağ" azarkeşlərinə şad xəbər

 

"Qarabağ" azarkeşlərinə şad xəbər

Avroliqanın qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Monako" oyununa biletlərin satışa çıxarılacağı gün bəlli olub. 
ANS PRESS-in məlumatına görə, fransızlarla matçın biletləri noyabrın 2-də satışa çıС…arılacaq. 
Bu barədə "Qarabağ" klubunun mətbuat С…idmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Azarkeşlər üçün sevindirici olan isə satışa çıС…acaq biletlərin qiymətində endirimin olacağıdır.
Həmçinin “Anderlext”lə oyundan öncə olduğu kimi bilet satışı sektorlara uyğun bölmələrlə təşkil olunacaq.Qiymətlər 1-20 manat arasında dəyişəcək. Ötən oyunda 15 manata satılan biletlər bu dəfə 10 manatdan satışa çıС…acaq. VIP lojadan oyunu izləmək istəyən azarkeşlərlər isə 50 manat ödəməli olacaq.

 

Mənbə: ANS PRESS

31 oktyabr 2015
GO BACK