Qadin.NET / Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir

Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir

 

Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir

Ümumtəhsil məktəblərində çalışanlar üçün beş istiqamətdə təlimlər keçiriləcək. Əsas məqsəd müəllimlərin tədris zamanı informasiya kommunikasiya texnologiyalarından istifadəsini təmin etməkdir.
ANS TV-nin məlumatına görə, məktəblərdə müəllimlər üçün 5 istiqamətdə treninqlər keçiriləcək. 
Təhsil Nazirliyindən verilən məlumata görə, bunlar “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması”, “Təlim keçmiş müəllim və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili”, “Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə", “Təhsildə İKT, müasir təlim strategiyaları, eləcə də nazirlik tərəfindən seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılması"na yönəldilmiş təlimlərdir.
Təhsil nazirliyinin rəsmisi Cəsarət Valehovun sözlərinə görə, peşəkarlıq səviyyələrini davamlı olaraq təkmilləşdirən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə şagirdlərin nailiyyətləri daha yüksəkdir. Bu baxımdan pedaqoji heyət üçün İKT-nin təhsilə tətbiqi üzrə peşəkarlıq səviyyəsinin artırılması istiqamətində keçirilən təlimlərin böyük əhəmiyyəti var:. 
“Müəllim daim öz üzərində işləməlidir. Yenil bilklərə sahib olmalıdır. Bu dünya praktikasında belədir. Azərbaycanda da müəllimlərin daim yeni təlimlərə cəlb olunması praktikası daha da genişlənəcək. Artıq prosesə start verilib, təlimlər davam etdiriləcək”. 
Keçirilən təlimlərin nəticəsində müəllimlərin və inzibati-idarəetmə heyətinin nəzəri və praktik bacarıqları artır. Həmçinin informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişləri formalaşır. 
Bu isə öz növbəsində müəllimə səmərəli öyrənmə mühitinin qurulmasına şərait yaradır.

 

Mənbə: ANS PRESS

31 oktyabr 2015
GO BACK