Qadin.NET / 31 oktyabr tarixdə bu gün

31 oktyabr tarixdə bu gün

 

31 oktyabr tarixdə bu gün

Miladi: 31 oktyabr 2015
Hicri: 18 Məhərrəm 1437
İlin 304-ci günü
İlin sonuna 61 gün qalır 
Bu günün namaz vaxtları
Fəcr - 05:47
Günəş – 07:08
Zöhr – 12:24
Əsr – 15:58
Məğrib - 17:54
İşa – 18:55
Dünyada olan hadisələr
1517-ci ildə Martin Lüter Vittenberq (Wittenberg) kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq protestanlığı elan edib.
1876-cı ildə Hindistanda qasırğa 200 000 insanın həyatına son qoymuşdu.
1892-ci ildə Artur Konan Doyl “Şerlok Holmsın macəraları” əsərini çap edib.
1922-ci ildə Benito Mussolini İtaliyanın Baş Naziri seçilib.
1952-ci ildə Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirib.
1954cü ildə Əlcəzairdə müstəqillik uğrunda mübarizə başlanıb.
1956-cı ildə Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başlanılıb.
1961-ci ildə Stalinin cənazəsi Lenin Mavzoleyindən çıxarılaraq kənarda dəfn edilib.
1984-cü ildə İndira Qandi öldürülüb.
1989-cu ildə Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilib.
1992-ci ildə Vatikan Qalileo Qalileyyə bəraət verib.
1992-ci ildə TÜRKSOY təsis edilib.
2011-ci ildə Dünya əhalisinin sayı 7 milyard olub.
2014-cü ildə Nasradin bu günü Nəzrin Günü deyə dünyaya bəyan edib.
Azərbaycanda olan hadisələr
1917-ci ildə Bakıda Müsavatın 26 oktyabrda başlanan qurultayı başa çatıb.
1930-cu ildə Azərbaycan Yazıçılar Cəmiyyətinin “Hücum” jurnalı nəşrə başlayıb.
1949-cu ildə SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib.
1974-cü ildə Naxçıvan hava limanının təməli qoyulub.
1992-ci ildə Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb.
1996-cı ildə Türkiyə-Azərbaycan Dostluq Vəqfi təsis olunmuşdur.
2003-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi andiçmə mərasimi keçirilib.
2006-cı ildə Gəncə Beynəlxalq Hava limanı əsaslı təmirdən sonra prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
2008-ci ildə Prezident İlham Əliyevin ikinci səlahiyyət müddətinə başlamasından (24 oktyabr 2008) sonra Konstitusiyanın tələbinə müvafiq olaraq istefa vermiş Nazirlər Kabinetinin yeni tərkibi elan olunub.
Doğumlar
1857-ci ildə Aksel Munte, İsveç həkimi, yazıçı
1892-ci ildə Aleksandr Alyoxin, rusiyalı şahmatçı, 1937-1946-cı illər arası şahmat üzrə dünya çempionu
1835-ci ildə Adolf fon Bayer, Almaniyalı kimyaçı
1912-ci ildə Deyl Evans, Amerika aktrisası, müğənni və yazıçı
1922-ci ildə Anatoli Papanov, Sovet aktyoru (d. 1987)
1928-ci ildə Kleo Mur, Məşhur Amerika kinoaktrisası
1944-cü ildə Bayram Təbrizli-Marağalı, şərqşünas-alim
1950-ci ildə Zaha Hadid, İraq ərəb əsilli britaniyalı, dekonstruktivist memar
1953-cü ildə Koroğlu Rəhimov, Azərbaycanın Milli Qəhrəmanı
1955-ci ildə Cahangir Zülfüqarov, Kino bəstəkarı, əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri
1961-ci ildə Piter Cekson, Film direktoru, rejissor
1963-cü ildə Nadir Əzimov, Bəstəkar
1969-cu ildə Mələk Abbaszadə, Aktrisa
Ölümlər
1448-ci ildə VIII İohann Paleoloq, Bizans imperatoru
1925-ci ildə Mixail Frunze, Sovet partiya və hərbi xadimi
1973-cü ildə Malik ibn Nəbi, Əlcəzair yazıçısı və filosofu
1979-cu ildə Məzahir Daşqın, azərbaycanlı aşıq və şair
1984-cü ildə İndira Qandi, Hindistanın məşhur siyasi xadimi
1991-ci ildə Telman Həsənov, şəhid
1993-cü ildə Rizvan Hümbətov, "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü
1993-cü ildə Federiko Fellini, Dünya şöhrətli italyan kinorejissoru
2010-cu ildə Evelin Bağçaban, Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi
Bayramlar və xüsusi günlər
Amerika Birləşmiş Ştatlarında Hellouin günü (Cadugərlər Bayramı). Protestant kilsələri bu günü tarixi islahatlar günü kimi qeyd edirlər.

 

Mənbə: ANS PRESS

31 oktyabr 2015
GO BACK