Qadin.NET / Dünyanın ən böyük ultra sutəmizləyici qurğusu Bakıda tikilib

Dünyanın ən böyük ultra sutəmizləyici qurğusu Bakıda tikilib

 

Dünyanın ən böyük ultra sutəmizləyici qurğusu Bakıda tikilib

Bir neçə gün bundan əvvəl prezident İlham Əliyevin Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını etdi. Paytaxtımızda inşa edilən kompleks dünyanin ən iri kompleksi olmaqla fərqlənir.
ANS TV-nin məlumatına görə, dünyanın ən iri Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Burda Xamsu anbarından su götürülür nasoslar vasitəsilə xırdasüzgəcli qurğulara ötürülərək növbəti mərhələyə göndərilir.
Hələ 4 il əvvəl təməli qoyulan bu kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, Qala-Zirə hissəsinin tikintisi isə ötən il başa çatdırılıb.
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca anbarlar tikilib.
Anbarlar Saray, Balaxanı, Ramana, Qala və Zirə qəsəbələrində tikilib. Gələcəkdə Masazır və Binəqədidə də yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur.
Bunun nəticəsində isə 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. 
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun sözlərinə görə, kompleksin tikintisinə ümumilikdə 290 milyon manat vəsait xərclənib:
“Kompleksdə – Amerika, İspaniya, Koreya, İtaliya, Türkiyə, eləcə də bir çox ölkələrin ən qabaqcı texnologiyaları tətbiq olunub. Layihənin icrasına həmçinin əcnəbi təşkilatlar cəlb olunmuşdu, eyni zamanda 30 yerli podratçı təşkilat bu layihədə çalışıb".
Kompleksin tikintisi 4 ilə başa gəlib.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.

 

Mənbə: ANS PRESS

31 oktyabr 2015
GO BACK