Qadin.NET / Üzünüzdəki qara nöqtələrdən qurtulun

Üzünüzdəki qara nöqtələrdən qurtulun

 

Üzünüzdəki qara nöqtələrdən qurtulun

 

Üzünüzdəki qara nöqtələrdən şikayət edirsiniz, amma hər zaman da gözəllik salonlarına baxım üçün gedə bilmirsiniz. Evdə təbii yollarla da qara nöqtələrdən qurtula bilərsiniz.

1. Yatmadan əvvəl pomidorun qabığını üzünüzə sürtün.2. Limon suyuna bir miqdar su qatın. Əgər çox effektli olmasını istəyirsinizsə, içinə bir miqdar duz əlavə edin. Bu qarışımı qara nöqtələr olan yerə sürtün. Gecə boyunca üzünüzdə qalıb yaxşıca qurusun, səhər üzünüzü yuyun.  3. Çiy yumurtanın ağı ilə balı qarışdıraraq  qara nöqtələrin üzərinə daha çox olmaqla bütün üzünüzə çəkin. 30 dəqiqə içində dərinizdə bir dartılma hiss edəcəksiniz. Üzünüzü o anda ilıq su ilə yuyun.4. Bir xörək qaşığı qara şəkər tozu ilə bir xörək qaşığı balı qarışdırın. Bunu bütün üzünüzə çəkin. Üzünüzü yavaş-yavaş ovun. 15 dəqiqə sonra ilıq su ilə yuyun.2 xörək qaşığı sodanın içinə su əlavə edin. Sadəcə qara nöqtələr olan hissəni bununla ovun. Sərt ovmayın. Sodanın dərini təmizləmə və ağartma təsiri də var.5. Limon suyu və şəkər tozu ilə qarışım hazırlayın. 2 xörək qaşığı şəkər tozuna bir neçə damcı limon suyu əlavə edin. Bununla dərinizi ovun. Şəkər ölü dərinin təmizlənməsinə kömək edir, limon suyu isə dərinin turşuluğunu nizamlayır. Dəridəki ləkələri də aparır.6. Qara nöqtələri sıxaraq da ondan qurtula bilərsiniz. Əvvəlcə məsamələri açmaq üçün  dərinizi təmizləyin, isti kompres edin. Qara nöqtəni hər iki tərəfdən sıxın.

Mənbə: Milli.Az

31 oktyabr 2015
GO BACK