Qadin.NET / Azərbaycanın cənubunda evlər su altında qaldı, yollar bağlandı, 150-yə yaxın ailə köçürüldü

Azərbaycanın cənubunda evlər su altında qaldı, yollar bağlandı, 150-yə yaxın ailə köçürüldü

 

Azərbaycanın cənubunda evlər su altında qaldı, yollar bağlandı, 150-yə yaxın ailə köçürüldü

Trend FHN-in saytına istinadən məlumat verir ki, 29.10.2015-ci il tarixindən Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.
Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb.Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzi, Mülkü Müdafiə Qoşunları və rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb.

Mənbə: Milli.Az

31 oktyabr 2015
GO BACK