Qadin.NET / Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır

Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır

 

Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır

Seçki-2015.Az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiyanın "Tass" İnformasiya Agentliyinə müsahibəsində belə deyib.

 

MSK sədrinin sözlərinə görə, seçki elə bir prosesdir ki, orada 100 faiz hazırlıqdan danışmaq, əslində, şübhə doğurur: "Çünki bura milyonlarla insan cəlb olunur. Bu səbəbdən hər şeyin ideal olmasını söyləmək bir qədər çətindir".M.Pənahov bildirib ki, müşahidəçilər də seçiklərə hazırlıq səviyyəsindən razıdırlar: "Biz müşahidəçilərdən obyektiv qiymətləndirmə gözləyirik. Seçki kampaniyası dövründə ümumilikdə 99 şikayət daxil olub və onların hər biri araşdırılır, müvafiq tədbirlər görülür"1000 məntəqədə veb-kameraların quraşdırıldığını bildirən Məzahir Pənahov  onu da qeyd edib ki, bu, səsvermə prosesində şəffaflığın təmin olunmasına xidmət edir.

Mənbə: Milli.Az

30 oktyabr 2015
GO BACK