Qadin.NET / Diqqət! Xəstəlik yaxınlığımızdadır

Diqqət! Xəstəlik yaxınlığımızdadır

 

Diqqət! Xəstəlik yaxınlığımızdadır

Havanın dəyişməsi, temperaturun aşağı düşməsi bütün bu amillər insan orqanizmində bir sıra dəyişikliklər yaradır.
Artıq uzun və isti yay günlərini yağışlı və qısa payız günləri əvəz edib. ANS TV-nin məlumatına görə, bu fəsil xəstəliklərlə zəngin mövsüm sayılır. 
Təsadüfi deyil ki, payızı həm də xəstəliklər fəsli adlandırırlar. Çünki, həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. 
Ən böyük dəyişikliklərdən biri yuxu probleminin ortaya çıxmasıdır. Həmçinin bu mövsümdə immunitetin zəifləməsi ilə bir sıra xroniki xəstəliklər ortaya çıxır.
Bu sırada soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji halları qeyd etmək olar. Xüsusilə bir qrup insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.
Həkim Adil Qeybulla deyir ki, bu fəsildə həm meteohəssas insanlar, həm ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar, həm cətin hamiləlik keçirənlər, həm də yaşlılar daha diqqətli olmalıdırlar.
Payızda havaların soyumasından öz nəsibini alan həm də dərimiz olur. Bu daha çox bədən səthində qurumaların baş verməsi ilə təzahur edir. Xüsusilə hava ilə təmasda olan əl və üz dərisinin quruması bir sıra fəsadların yaranmasına səbəb ola bilir.
“Quruma fonunda dəridə müxtəlif qızartılı səpkilərin əmələ gəlməsi müşayidə olunur. Bun görə bu fəsildə, xüsusən də dərisi quru olan insanlara tövsiyə edərdi ki, nəmləndirici kremlərdən bol-bol istifadə etsinlər”, – deyə həkim Araz Kazımov bildirib. 
Fəsil dəyişkənliyində orqanizmə mənfi təsirinini baş verməməsi üçün orqanizmi yayın sonunudan payıza hazırlamaq lazımdır. Yəni xəstəliklərdən qorunmağın yolu müqavimətinin artırılmasından keçir.
Həkim Fidan Əlirzayevanın sözlərinə görə, istənilən virusun bədəndən çıxarılması üçün bol-bol maye və limon qəbul etməklə yanaşı, eyni zamanda – moruq, qarağat, zoğal, çiyələk bu kimi mürəbbələrdən də isti halda istifadə edilməlidir.
Bundan əlavə səhər gimnastikasını mütəmadi həyata keçirmək, yatmazdan öncə axşam gəzintisinə çıxmaq, vitaminterapiya ilə orqanizmin immun sistemini möhkəmləndirmək, qidaya diqqət yetirmək, meyvə-tərəvəzə üstünlük verməklə mövsümi xəstəliklərdən qorunmaq mümkündür.

 

Mənbə: ANS PRESS

30 oktyabr 2015
GO BACK