Qadin.NET / Noyabrın 2-dən Azərbaycanda təhlükə gözlənilir

Noyabrın 2-dən Azərbaycanda təhlükə gözlənilir

 

Noyabrın 2-dən Azərbaycanda təhlükə gözlənilir

Yer kürəsində maqnit qasırğası gözlənilir. Həkimlər meteohəssas insanlara ağır işləri təxirə salmağı məsləhət görür.
ANS TV-nin məlumatına görə, hazırda Günəşdə aktivlik müşahidə olunur, alışmalar yerə tərəf yönəlir. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirdilər ki, hazırda Günəşdə maqnit qasırğası var. Bu da Günəşdə aktivliyin azalması deməkdir.
Ancaq buna baxmayaraq, gün ərzində Günəş səthində 4-5 dəfə partlayışlar baş verir. Lakin bu partlayışların hamısı Yerə doğru yönələ bilmir. Çünki, Yerlə Günəş arasında 150 milyon kilometr məsafəni, hər iki planetin hərəkət etməsini nəzərə alaraq, Yerə çatma ehtimalı çox azdır.
Noyabrın 2-dən 5-dək bu hadisələrin təsirindən Yerdə geomaqnit qasırğası gözlənilir. Maqnit qasırğasının isə insanlara təsirsiz ötüşməyi mümkün deyil. Bu təsir özünü ən çox qan təzyiqi yüksək olan insanlarda göstərə bilər. İnsult keçirmiş insanlar da qasırğaların təsirinə meylli olur.
Həkimlər isə bu müddət ərzində sağlamlıq durumunun profilaktikası üçün ağır işləri təxirə salmağı məsləhət görürlər. Bildirirlər ki, belə havalarda insanlar daha çox qapalı ev mühitində olsalar, onlar üçün daha yaxşı olar. Əks halda nəticə ürəkaçan olmaya bilər.
Maqnit qasırğasının təsirini zərərsizləşdirmək üçün daha çox meyvə tərəvəz məhsullarından istifadə etmələri tövsiyyə olunur.
“Bu cür xəstələr həmin dövrdə açıq havada olmamalı, vaxtlarını daha çox evdə keçirməlidirlər. Maqnit qasırğasının təsirini zərərsizləşdirmək üçün daha çox meyvə tərəvəz məhsullarından istifadə etmələri məqsədəuyğundur. Belə havaya həssas insanlar özlərində baş ağrıları, ümümi süslük, halsızlıq, eləcə də ürək ritminin pozulmasını hiss edə bilərlər”, – deyə həkim Arzu Musayeva bildirib. 
Maqnit qasırğaları zamanı həmçinin xroniki xəstəliklər kəskinləşir, hava dəyişikliklərinə qarşı həssas olan insanlarda baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır.

 

Mənbə: ANS PRESS

30 oktyabr 2015
GO BACK