Qadin.NET / Sahibkarlar üçün “ASAN xidmət”

Sahibkarlar üçün “ASAN xidmət”

 

Sahibkarlar üçün “ASAN xidmət”

Sahibkarlığın inkişafı ilə əlaqədar olaraq prezident İlham Əliyevin göstərişindən sonra otellərlə bağlı da qaydalar dəyişdi. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyimehmanxana və turizm fəaliyyətlərinə lisenziya verməyi dayandırıb. Mehmanxanalara lisenziyanı “ASAN xidmət” verəcək.
ANS TV-nin məlumatına görə, məsələ ilə bağlı hazırda Mədəniyyət və Turizm Nazirliyi,İqtisadiyyat və Sənaye Nazirliyi, “ASAN xidmət” və müvafiq içtimai təşkilatlar təkliflər paketi hazırlayır.
Azərbaycan turizm assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bu sahədə bəzi islahatlara ehtiyac olduğunu söylədi. O, turizmin spesifik bir fəaliyyət növü hesab edildiyindən mütləq şəkildə peşəkarlar tərəfindən idarə olunmasını zəruri sayır. Əks halda köklü dəyişikliklərdən söhbət belə gedə bilməz:
“ASAN xidmət”də turizm sahəsində və otel biznesində lisenziya verən şəxslər peşəkar olmalıdır. Onlar bilsinlər ki, bu lisenziya verdiyi şirkət ölkəyə turizm cəlb edə biləcəkmi? Təbii ki, bacarsa bu iş yeri və biznesin inkişafı deməkdi”.
Hazırda ölkədə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziya ilə fəaliyyət göstərən 284 turizm şirkəti, 340 mehmanxana var. Və onların xidmətlərinə verilən qiymət hələ də Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətindədir.
“Mehmanxanalara verilən dərəcə, sertifikatlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Və burada beynəlxalq təşkilat və mütəxəssislərin tövsiyyələri nəzərə alınararaq beynəlxalq standartlara uyğun həyata keçirilir”, - deyə mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bildirib.
İndiyə qədər Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə lisenziya alan turizm obyektlərinin və mehmanxanaların siyahsını nazirliyin saytından əldə etmək olar.

 

Mənbə: ANS PRESS

30 oktyabr 2015
GO BACK