Qadin.NET / Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi

Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi

 

Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi

Azərbaycan iqtisadiyyatı Rusiya ilə ticarət dövriyyəsinin artmasından zərər görməyə başlayıb. 
ANS PRESS-in məlumatına görə, bu barədə Dünya Bankının (DB) “Xammalın aşağı qiymətləri və zəif valyutalar” hesabatında bildirilir. DB-nin Avropa və Mərkəzi Asiya bölgəsi üzrə baş iqtisadçısı Hans Timmer Qazaxıstan paytaxtı Astana şəhərində hesabatın təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, Rusiyadakı iqtisadi azalma hesabına baş verib. 
Dünya Bankının (DB) hesabatında vurğulanan bu məqam Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarında da özünü göstərir. Məlumata görə, Rusiya ilə xarici ticarət dövriyyəsində ötən ilin 9 ayı ilə müqayəsədə bu ilin 9 ayında 400 milyon dollarlıq mənfi saldo yaranıb.
Belə ki, 2014-cü ilin yanvar- sentyabr aylarında Azərbaycandan Rusiyaya ixracat 470 milayon 268,56 min dollar təşkil etmişdisə, bu ilin yanvar- sentyabr aylarında bu, 270 milyon 217,66 min dollara düşüb. Rusiyadan idxal isə 2014-cü ildəki yanvar-sentyabr aylarındakı 897 milyon 792,24 min dollar göstəricisindən bu ilin uyğun ayları üzrə 1 milyard 71 milyon 055,73 dollara qədr artıb. Azərbaycandan ən çox mal ixrac olunan 10 ölkənin sırasına düşə bilməyən Rusiya 16,28%-lik payı ilə Azərabycana idxal edilən ölkələr siyahısına rəhbərlik edir. 

 

Mənbə: ANS PRESS

30 oktyabr 2015
GO BACK