Qadin.NET / Noyabrda 3 gün istirahət olacaq

Noyabrda 3 gün istirahət olacaq

 

Noyabrda 3 gün istirahət olacaq

Noyabrda bayraq bayramı ilə əlaqədar, 3 gün iş günü olmayacaq.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq,Dövlət bayrağı günü - 9 noyabrda iş günü olmayacaq. Bununla əlaqədar bildirilir ki, noyabrın 7-si və 8-i şənbə, bazar gününə düşdüyündən, beşgünlük işləyən insanlar 3 gün istirahət etmiş olacaqlar.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

 

Mənbə: ANS PRESS

30 oktyabr 2015
GO BACK