Qadin.NET / ABŞ-da Azərbaycana qarşı çağırış

ABŞ-da Azərbaycana qarşı çağırış

 

ABŞ-da Azərbaycana qarşı çağırış

Amerika Birləşmiş Ştatları senatının binasında Azərbaycana dair müzakirələr keçirilib. 
ANS PRESS-in xəbərinə görə, müzakirə mövzusu həbsdə olan Leyla Yunus və onun ətrafında baş verənlər olub. Bir çoxlarının iddia etdiyi kimi senatda rəsmi dinləmə deyil, sadəcə maraqlı şəxslərin Azərbaycan əleyhinə təşkil etdiyi qeyri-rəsmi tədbir keçirilib.
Azərbaycanda seçkilərə sayılı günlər qalmış Leyla Yunusun Hollandiyada yaşayan qızı Dinara Yunusun senatın binasına gətirilməsi isə niyyətin açıq olduğunu göstərir. Dinarə valideyinlərinə qarşı həbsxanada təzyiqlərin olunduğunu söyləyib.Tədbirin təşkilatçısı ermənipərəst senator Mark Kirk idi.
O,uzun müddət Amerika- Ermənistan dostluq qrupunun həmsədri olub və ErmənistanınAzərbaycana qarşı işğalçı siyasətini dəstəkləməsi ilə seçilib.
Onun indi də Azərbaycandakı insan haqlarının durumuna diqqət etməsi isə sual doğurmaya bilməz. Tədbiri kamera arxasında idarə edən də onun köməkçisi Robert Gannim idi. Məsələn, kimlərin çıxışını çəkmək olar, kimləri çəkmək olmaz hamısını jurnalistlərə məhz senatorun köməkçisi diqtə edirdi.
Dinləyənlər isə 49 nəfər idi. Onlardan 10 nəfəri daşnaklara yaxınlığı ilə seçilən Amerikanın erməni milli komitəsinin üzvü idi. Çıxış edənlər Azərbaycanda insan haqlarının pozulduğunu, Leyla və Arif Yunusun həbsini ədalətsiz adlandırdılar. Leyla Yunusun qızı ata-anasının azadlığını istədi. Dinləmələrə heç bir senator və konqresmen qatılmamışdı.
Azərbaycanın Amerikadakı səfirliyindən isə ANS PRESS-ə bildirilib ki, bu tədbiri rəsmi Bakıya qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi kimi görürlər: "İstənilən senator və konqresmen öz iş otağında bu tipli qeyri-rəsmi toplantı keçirə və ona istənilən adı verə bilər."
Səfirlik tədbirin əhəmiyyətini böyütmək istəyənlərin də ermənipərəst qüvvələr olduğunu hesab edir. Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəməyə göndərilən cinayət işləri dələduzluq və digər maddələr ilə bağlı idi. Lakin hər iki şəxsin barəsində eyni zamanda dövlətə xəyanət maddəsi üzrə cinayət işi ayrıca icraata verilib.

 

Mənbə: ANS PRESS

30 oktyabr 2015
GO BACK