ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışan tədqiqatçıların hazırladığı sistem Wi-Fi texnologiyası vasitəsilə divarın arxasındakı insanı "görməyə" imkan verir.Milli.Az lent.az-a istinadən bildirir ki, bu xüsusi proqram insan siluetinin tanınması üçün göndərilən və qəbul edilən Wi-Fi siqnallarındakı fərqdən istifadə edir.RF-Capture adlı qurğu məkanda insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanıyır. Cihaz həmçinin divarın arxasındakı qonşu otaqda yerləşən 15 insanı müəyyən edə və fərqləndirə bilir. Tədqiqatçılar əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləyirlər.
Mənbə: Milli.Az