Cari ilin sonuna kimi Kanadanın "DataWind" şirkəti Hindistanın "Reliance Communications" şirkəti ilə birgə dünyanın ən ucuz (15 dollar) smartfonunu nümayiş etdirəcək.
Bu haqda "DataWind" şirkətinin icraçı direktoru Sunit Sinqx Tuli "Economic Times" qəzetinə müsahibəsində deyib.
"Məqsədimiz dəyəri 1000 rupidən az olan smartfon istehsal etməkdir. Qurğu "Linux" əməliyyat sistemi ilə işləyəcək" - "DataWind" şirkətinin icraçı direktoru deyib.
Milli.Az ICTnews.az-a istinadən bildirir ki, həmçinin smartfon sahiblərinə illik ödənişsiz internet paketi veriləcək.
Xatırladaq ki, 2011-ci ildə "DataWind" şirkəti 35 dollarlıq "Aakash" adlı planşet kompüterini təqdim etmişdi.
Mənbə: Milli.Az