Qadin.NET / Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?

Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?

 

Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?

Bu 7 məqamı eşidən əsla saçına qaynaq etdirməz! Əslində saçlarınıza qaynaq etdirməyin saysız zərərləri var. Ancaq qaynaq etdirdiyiniz zaman bu gözünüzə möhtəşəm görünə bilər. Bəs bir neçə saat sonra necə olacağını heç düşünmüsünüzmü? Bir az dağılmış, bəlkə də bir az cansızlaşmış olacaq elə deyilmi?

 

Milli.Az leydi.az-a istinadən saçlarını qaynaqla uzatmaq istəyənləri qərarlarından döndərəcək səbəblər təqdimn edir:Saça zərər verirƏn böyük səbəblərdən biri böyük zədə yaratmasıdır. Saça qaynaq edərək uzatmaq ciddi problemlərə gətirib çıxara bilər. Saç qırılmaları və hətta saç qopmaları. Bu riski almağa dəyərmi?Həmişə eyniSadəcə adi düz saç görünüşünə sahib olacaqsınız. Qaynaq saçları təbii saçlar kimi müxtəlif formalara salmaq demək olar ki, qeyri-mümkündür. Həmişə açıq saxlayacağınız düz saçlara sahib olmaq qısa müddət sonra sıxılmağınıza səbəb ola bilər.Saça qulluq heç bu qədər çətin olmamışdıMarketlərdə uzun saçlar üçün istehsal edilmiş bir çox məhsul var. Qaynaqdan sonra qüsursuz saçlara sahib olmaq üçün azı ayda bir dəfə saç ustanızın tətbiq etdiyi qulluqdan faydalanmalısınız. Bu da gözəllik mərkəzlərində daha çox vaxt keçirmək və xərc çəkmək anlamına gəlir.BahalıdırQaynaqlı uzun saçlarınız sizə çox baha başa gələ bilər. Əgər dibdən uca doğru ən yaxşı keyfiyyəti istəyirsinizsə ciddi bir məbləğ ödəməlisiniz. Daha ucuz olanı seçdiyinizdə isə saçınızın uzunmüddətli sağlamlığını qorumaq mümkün olmaya bilər.Yanlış imicSaçlarda qaynaq olması hər kəsə uyğun olmaya bilər. Bu seçim bəziləri üçün bahalı və yanlış ola bilər. Ən yaxşısı uzun saçların sizə yaraşıb yaraşmadığını sınamaqdır. Özünüzü uzun saçlı gördüyünüz zaman bəyənməsəniz fikrinizdən daşınarsınız. Sizin üçün idealdırsa saçınızı uzatmağa başlayarsınız.Tez nəzərə çarpırUzun saçları kimdəsə gördüyümüz zaman bəyənirik. Ancaq adətən təbii saçın sonunda qaynaq saçı gördüyümüz zaman bunun heç də təbii olmadığını düşünürük. Saçına qaynaq etdirən qadınların buna necə dözdüyünü soruşanlar belə var. Əlavə saçlar özlərini istər istəməz biruzə verir.Yarı yolda buraxırQaynaq saçlar həmçinin çıxa da bilər. Qaynağınız evdə olduğunuz zaman qoparsa, bu problem deyil. Ancaq bu küçədə başınıza gələrsə sizi utandıra bilər. Xüsusi bir gün üçün saçlarınıza qaynaq etdirmisinizsə sizi yarı yolda qoyması həqiqətən çox pis təsir edə bilər.

Mənbə: Milli.Az

30 oktyabr 2015
GO BACK