Qadin.NET / Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?

Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?

 

Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?

Milli.Az islam.az-a istinadən bildirir ki, Kərbəla şəhidlərinin başı bədənindən ayrıldığı üçün onların şəxsiyyətini təyin etmək çətin idi. Ona görə də şəhidləri dəfn etməyə gəlmiş Bəni-Əsəd qəbiləsinin üzvləri bütün cənazələri birlikdə, heç bir fərq qoymadan dəfn etdilər. Bu gün də şəhidlərin cəsədi ümumi məzarlıqdadır. Yalnız bəzi şəhidlər ayrı-ayrılıqda basdırılmışlar. Həbib ibn Müzahir Bəni-Əsəd qəbiləsinin rəisi olduğundan, öz qəbiləsi onu fərqləndirmək üçün ayrıca məzarda dəfn etdi. Hürr də şəhid olduğu məkanda torpağa tapşırıldı. Həzrət Abbasın cənazəsi Fərat çayının sahilində qalmışdı. Deyilənlərə görə, onun mübarək bədəni doğranmış olduğu üçün o biri şəhidlərin yanına gətirə bilmədilər və elə Fəratın sahilində basdırdılar. Əli Əkbərin də cənazəsi İmam Hüseynin (ə) məzarının ayaq tərəfində dəfn olundu.

 

Mənbə: Milli.Az

30 oktyabr 2015
GO BACK