Qadin.NET / Dünyanın gələcəyini dəyişəcək qərar

Dünyanın gələcəyini dəyişəcək qərar

Dünyanın gələcəyini dəyişəcək qərar
Uzun illərdir mil milyarddan çox əhalisi olan və tək uşaq siyasəti yürüdən Çindən dünyanın gələcəyini dəyişə biləcək qərar. ANS PRESS-in məlumatına görə, dünyanın ən nəhəng dövlətlərindən hesab edilən Çin tək uşaq siyasətinə son qoyur. Artıq bütün ailələrə iki uşaq sahibi olmağa icazə veriləcək. 
Çinin rəsmi xəbər agentliyi "Sinxua"nın yaydığı məlumata görə, bu gün Çin Kommunist Partiyası tərəfindən tamamilə aradan qaldırılıb. 
Xatırladaq ki, bu qadağa Çində əhalinin sürətlə artımını nəzarətdə saxlamaq üçün 1979-cu ildən tədbiq edilirdi. 
1 milyard 357 milyon əhalisi olan Çində adıçəkilən qanuna 2013-cü ildə cüzi dəyişiklik edilmişdi. Belə ki, əgər valideynlərdən biri tək uşaqlı ailədəndirsə onlara ikinci övlad sahibi olmağa icazə verilirdi. 
Çində hər il statistikaya görə, 16 milyon uşaq dünyaya gəlir. 

Mənbə: ANS PRESS

29 oktyabr 2015
GO BACK