Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bir neçə gün öncə hava ilə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdarlıqda ayın son günlərinə kimi hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənildiyi qeyd edilmişdi.
Mənbə: ANS PRESS