Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün region üçün böyük əhəmiyyət kəsb edir. ANS PRESS-in məlumatına görə, bunu Bakıda olanATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə açıqlama verib.
Həmsədr bildirib ki, Minsk qrupu gələcək nəsillər naminə sülhə nail olmalıdır.
"Sülh hər iki xalqa fayda verəcək. Azərbaycan və Ermənistan xalqları bir-birini tanımaq üçün əlaqə yaratmalıdırlar. Mən bizim ünvanımıza səsləndirilən tənqidləri anlayıram. Biz bu münaqişəni həll etmək üçün öz gücümüz daxilində hər şeyi edirik. Vacib olan bizim bəyanatlarımız deyil, dövlət başçılarının atdığı addımlardır", deyə Uorlik deyib.
Ceyms Uorlikin sözlərinə görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı bildiriblər ki, onlar öz xalqlarını müharibУ™yУ™ deyil, sülhУ™ hazırlamalıdır.
Mənbə: ANS PRESS