Qadin.NET / Jirinovskidən Azərbaycan proqnozu

Jirinovskidən Azərbaycan proqnozu

 

Jirinovskidən Azərbaycan proqnozu

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə öz proqnozlarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Jirinovski seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanacaq. 
“ Seçki prosesinin demokratik şəraitdə keçdiyini müşahidə edirik. Bunu namizədlərin say çoxluğu da təsdiq edir”. Partiya sədri Azərbaycan-Rusiya münasibətlərini yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Vladimir Jirinovski əksər hallarda Azərbaycan və MDB məkanında yerləşən ölkələr barədə ziddiyətli çıxışlar edir. Bir müddət əvvəl partiya lideri post – sovet ölkələrinin ordusu olmamalıdır demişdi: “Heç bir Estoniya, Latviya, Litva, xüsusən də Ukrayna ordusu ola bilməz. Hər yerdə yalnız bir ordu ola bilər - Rusiya ordusu”.
Siyasətçi həmişə qeyri-stabil mövqeyi ilə seçilib. Bu isə onun bu fikirlərini pul müqabilində irəli sürməsi ilə əlaqələndirilir. Çünki bir sıra faktlar var ki, o, Azərbaycanı təriflədiyinin qarşlığında külli miqdarda vəsait əldə edib.

 

Mənbə: ANS PRESS

28 oktyabr 2015
GO BACK