Qadin.NET / İsveçdə ilk müsəlman nazir

İsveçdə ilk müsəlman nazir

 

İsveçdə ilk müsəlman nazir

Müsəlman miqrant nazir oldu. İsveçin təhsil naziri həm də rekorda imza atıb. 
ANS PRESS-in məlumatına görə, bu 27 yaşlı müsəlman Aida Xalzialik hal-hazırda ölkədəki ən gənc nazirdir. Təhsil Nazirliyinin başçısı vəzifəsi müsəlman qadına həvalə olunub.
Aida Xalzialik İsveçə Bosniya və Herseqovinadan valideynləri ilə birlikdə 5 yaşı olarkən köçüb. Məktəb vaxtından savadı ilə seçilən xanım ilk vəzifəsinə 23 yaşında tutub. O, İsveçinXalmstad şəhərinin merinin müavini olub.
İsveç rəsminələri gənc qızı "qibtə olunan" adlandırırlar. Çünki bu yaşlarda siyasi karyera ilə məşğul olmaq hər kəsin işi deyil.
Rəsmi məlumatlara görə, miqrant axını olmamışdan əvvəl, İsveçin on milyonluq əhalisinin 500 min nəfərini müsəlmanlar təşkil edib. Lakin, hal-hazırda dəqiq say haqqında məlumat verilmir, bu da, Suriyada baş verən hadisələrlə bağlı qaçqınların Avropa, eləcə də İsveçə üz tutması ilə bağlıdır. 

 

Mənbə: ANS PRESS

28 oktyabr 2015
GO BACK