Qadin.NET / Qafqaz qorxunc virusun təhlükəsi altında

Qafqaz qorxunc virusun təhlükəsi altında

Qafqaz qorxunc virusun təhlükəsi altında
Rusiya Gürcüstandan diri heyvanların və ət məhsularının idxalına qadağa qoyub.
ANS PRESS-in məlumatına görə, qadağaya səbəb kimi Gürcüstanda heyvanlar arasında Afrika taunu və davax xəstəliyinin yayılması göstərilir. 
Bu barədə Ryazan və Tambov regionlarının baytarlıq idarələrinin yaydığı məlumatda bildirilir. Ümumilikdə Rusiya rəsmiləri Gürcüstan ərazisində epizodik vəziyyəti qeyri-sabit kimi qiymətləndirirlər. 
Qadağan olunan məhsular siyahısında balıq və digər dəniz məhsullarının adları yoxdur. 
Məlumdur ki, Gürcüstan Azərbaycanla sərhəddə yerləşir. Buna görə də orada heyvanlar arasında yayılan xəstəliklərin Azərbaycan ərazisinə keçmə məsələsi gündəmə gəlir. 

Mənbə: ANS PRESS

28 oktyabr 2015
GO BACK