ANS PRESS-in məlumatına görə, burada ölkələr bir neçə göstərici üzrə sıralanıb. Biznes mühitinin qiymətləndirildiyi hesabatda Azərbaycan 189 ölkə içərisində 63-cü yerdə qərarlaşıb. Bu isə keçən ilki göstəricidən 17 pillə yuxarıdır. Ötən il Azərbaycan 80-ci yerdə olub.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan "Biznesə başlama" göstəricisi üzrə 5, "Tikinti üçün icazələrin alınması" göstəricisi üzrə 36, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 15, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 49, "Xarici ticarətin aparılması" göstəricisi üzrə 72 pillə irəliləyib.
Dünya Bankının hesablamasına əsasən, Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında "Biznesə başlama" göstəricisi üzrə 7-ci, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 22-ci, "Vergilərin ödənişi" göstəricisi üzrə 34-cü, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 36-cı, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 40-cı yerdədir.
Mənbə: ANS PRESS