Qoç bürcü Hər dediyini etməyiniz, sizə sahib olduğunu, ovcunda olduğunuzu düşündürməyiniz, başqası ilə maraqlandığınızı hiss etdirməyiniz, qısqanclığınız, həddindən artıq sahiblənməyiniz sizdən bezməsi üçün yetərlidir.
Buğa bürcü Ayrılmaq onlar üçün çətindir. Soyuqluğunuz, maddi güvənsizliyiniz, maddi qərarlarınızın tez-tez yanlış çıxması, çox pul xərcləməyiniz, dürüst olmamağınız ayrılmaq istəməsi üçün bəs edə bilər.
Əkizlər bürcü Həddindən artıq qoruyucu və qısqanc olmağınız bəsdir. Sizi bir dəqiqənin içində unudar.
Xərçəng bürcü Xəyal qırıqlığı yaşatmağınız, incitməyiniz, düşündüyü kimi biri olmadığınızı hiss etdirməyiniz, tənqidçi, şəfqətsiz, sərt hərəkətləriniz onu əsəbləşdirəcək və həmin an sizdən soyuyacaqdır.
Şir bürcü Qürurunu qırmağınız, xətalarından danışmağınız, tənqid etməyiniz, dəstəkləməməyiniz, vərdişlərini təqdir etməməyiniz çıxıb getməsinə səbəb ola bilər və bir də asanlıqla geri dönməz.
Qız bürcü Diqqətli, ağıllı və istiqanlı olmamağınız kifayətdir. İntellektual səviyyəniz və mədəni yetərliliyiniz də yoxdursa, çox tez itirəcəksiniz. Geri dönməz. Ancaq qəlbinizi də qırmaz.
Tərəzi bürcü Modern, populyar, baxımlı, hörmətcil olmamağınız yetərlidir. Nəzakətini pozmamaq üçün danışmadan tərk edəcəkdir.
Əqrəb bürcü İdarəçiliyi ya ona buraxmalısınız, ya da əlinizdən bir saniyə də qoymamalısınız. İdarəni itirmə hissi yaşaması ayrılmaq və sizi acılar içərisində qoymaq üçün yetərlidir.
Oxatan bürcü Gəzməkdən xoşunuz gəlmirsə, başqa mədəniyyətlərə maraq duymursunuzsa və ağıllı biri olmadığınızı hiss etdirərsinizsə, bu, ayrılmaq üçün yetərlidir.
Oğlaq bürcü Ən çətin ayrılan bürcdür. Əgər sizi yetərincə mənimsəyibsə, bu belədir. Ailəsi haqqında danışdıqlarınız, maddi etibarı itirməyiniz, işində dəstəkləməməyiniz, maddi mövzularda bədxərc və düşüncəsiz davranmağınız yetərlidir. Əlbəttə, hamısı birlikdə olmaq şərti ilə.
Dolça bürcü Onu istəmədiyinizi hiss etdirməyiniz, deməyiniz bəsdir. Bunlar olmasa belə məhdudlaşdırmağınız, sorğu-suala çəkməyiniz, müdaxilə etməyiniz, dostlarına qarışmağınız ağır sözlərlə tərk edilməyinizə səbəb ola bilər.
Balıq bürcü Bunun üçün səbəbə ehtiyac yoxdur. Çünki səbəblər hər an dəyişə bilər. Mənəvi dünyasını azacıq sarsacaq hər hansı konkret hadisə yetərlidir. Əsl səbəb öz mənafeyinə daha uyğun bir vəziyyət əldə etmiş olmasıdır.
Mənbə: Milli.Az