Qadin.NET / Sahibkarlardan İlham Əliyevə müraciət

Sahibkarlardan İlham Əliyevə müraciət

Sahibkarlardan İlham Əliyevə müraciət
Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı fərmanı iş adamlarını bir araya topladı. Ölkənin əsas şirkət rəhbərlərinin, sahibkarların toplandığı konfransda sahibkarlar yeni fərmanı müzakirə edib. İmzalanmış sənədlərin sahibkarlığın inkişafına verilən dəstəyin göstəricisi olduğu bildirilib.
ANS TV-nin məlumatına görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də dövlət başçısının lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması. Və gömrük sahəsində nəzarətin həyata keçirilməsilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi barədə qərarlar sahibkarlığın inkişafı baxımından inqilabi addımdır.
Bu gün ölkənin əsas şirkət rəhbərlərinin, sahibkarlarının toplandığı konfransda qeyd edildi ki, sahibkarlığın inkişafında yeni mərhələ başlayır.
Neftin qiymətinin aşağı düşməsi fonunda əsas yükün qeyri-neft sektorunun üzərinə düşəcəyi üçün sahibkarlar yeni hədəf və imkanları gözdən keçirdilər.
Hazırda ÜDM-də özəl sektorun payı 80 faizdir. Sahibkarlıq subyektlərinin sayı isə 662 mindən artıqdır.
Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev bildirib ki, bütövlükdə yoxlamaların iki il müddətində dondurulması inzibati qurumlarını hamısının fəaliyyətində nöqsanların olmasından xəbər verir və bu təşkilatlar cənab prezidentin dediyi kimi öz fəaliyyətlərini yenidə qurmalıdırlar.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirdi ki, bütün xüsusi razılıqlar “ASAN xidmət” mərkəzlərində veriləcək. Hazırda lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır. Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanılacaq:
“Yeni lisenziyaların alınması ilə bağlı sahibkarlarımıza tövsiyə edərdim ki, bir qədər gözləsinlər. Çünki yeni siyahı hazırlanır. Ola bilsin ki, on lienziya yeni siyahıda olmasın çıxarılsın”.
Sonra ölkə sahibkarlarının adından prezidentə müraciət qəbul edildi.

Mənbə: ANS PRESS

28 oktyabr 2015
GO BACK