Qadin.NET / Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi

Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi

Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi
Tibb müəssisələrində kliniki psixoloqlar fəaliyyət göstərəcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə səhiyyə naziri əmr imzalayıb. Əmrə əsasən ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər.
Ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır.
Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcəkdir.
Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya, böhran hallarında müdaxilə və s. ).
Mənbə: ANS PRESS

28 oktyabr 2015
GO BACK