Qadin.NET / İdmançımız dünya rekordunu təzələdi

İdmançımız dünya rekordunu təzələdi

 

İdmançımız dünya rekordunu təzələdi

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə idmançısı İradə Əliyeva Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında nizə atma idman növündə 44.18 m nəticə ilə dünya rekordu vuraraq dünya çempionu adına layiq görülüb.

Milli.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən APA-ya verdiyi xəbərə görə, beləliklə İradə Əliyeva Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.     Beləliklə,  Azərbaycan Paralimpiya Komitəsi 10-cu lisenziyasını qazanmış olub.

Cüdo

Ilham Zəkiyev +100kq

Səbinə Abdullayeva 57kq     

Ramil Qasımov 73kq

Bayram Mustafayev 60 kq

Üzgüçülük

Dmitri Saley

Roman Saley

Pouerliftinq

Elşən Hüseynov

Atletika

Əliyev Kamil

Elçin Muradov

İradə Əliyeva

Mənbə:Milli.Az

28 oktyabr 2015
GO BACK