Qadin.NET / "ABŞ-da Azərbaycanla bağlı dinləmələrin arxasında erməni lobbisi dayanır"

"ABŞ-da Azərbaycanla bağlı dinləmələrin arxasında erməni lobbisi dayanır"

 

"ABŞ-da Azərbaycanla bağlı dinləmələrin arxasında erməni lobbisi dayanır"

Bu barədə Secki-2015.az saytına açıqlamasında Amerika Azərbaycan Cəmiyyətinin (AAC) sədriTomris Azəri deyib.

T.Azəri bildirib: "Digər ölkələrlə müqayisədə Azərbaycan istər demokratiya, istərsə başqa istiqamətlər üzrə sürətlə inkişaf edir. Ona görə, Azərbaycana belə münasibət göstərmək ədalətli deyil. Lakin bu cür addımlar adətən düşmənlərimiz tərəfindən atılır. Biz də istər mediada, istərsə müxtəlif platformalarda bu düşmənlərə cavab verməliyik".O qeyd edib ki, 300 ilə yaxın müstəqillik tarixinə malik olan ABŞ-da da bəzən problemlər olur: "Hətta əhalinin müəyyən qruplarında narazılıqlar yaranır. Lakin hər kəs buna normal yanaşır, çünki həyat varsa, problemlər də olacaq. Azərbaycan isə müstəqilliyinin 24 illiyini yaşayır. Bu illər ərzində əldə etdiyimiz uğurları danmaq olmaz".AAC sədri bildirib ki, Azərbaycanın sürətli inkişafı qarşılığında ona qarşı hansısa ittihamlar irəli sürmək qərəzli yanaşmadır."Adətən ABŞ-da erməni lobbisi bizə qarşı mənfi münasibətin formalaşmasında rol oynayır. Biz buna qarşı əlimizdən gələni edirik. ABŞ Senatında Azərbaycan ilə bağlı dinləmələrin keçirilməsi qəbul olunmazdır. Əgər kimlərsə Azərbaycanın qonşuluğunda olan işğalçı Ermənistandakı problemləri görməzdən gələrək, bizim ölkəmiz haqda danışırsa, onların qərəzli olduğu şübhəsizdir", - deyə o bildirib.

Mənbə: Milli.Az

28 oktyabr 2015
GO BACK