Azərbaycanda istedadlı şagirdlərin "məlumat bankı" yaradılacaq. Bu bank həm paytaxtiı, həm də regionları əhatə edəcək.
"İstedadsız uşaq olmur, əsas məsələ onun istedadını vaxtında aşkar etməkdir". Bu səbəblə uşaqların ''məlumat bankı'' yaradılacaq. Təhsilin inkişafı üzrə dövlət strategiyasında öz əksini tapan bu layihə paytaxtla yanaşı, regionları da əhatə edəcək.Milli.Az Xezerxeber.Az-a istinadən bildirir ki, "Məlumat bankı''nın üzvləri üçün məktəb və rayon daxilində bilik yarışları, müsabiqə və layihələr, intellektual oyunlar təşkil olunacaq. Onlar olimpiada hərəkatına cəlb olunacaq, beynəlxalq bilik yarışlarına göndəriləcəklər. İstedadlı uşaqlar üçün dərsdən əlavə konkret sahələr üzrə xüsusi məşğələlərin təşkil edilməsi də nəzərdə tutulur.
Mənbə: Milli.Az