Qadin.NET / Soyuq qışa hazır olun

Soyuq qışa hazır olun

Soyuq qışa hazır olun
Son vaxtlar bir sıra ölkələrdə hava şəraitinin dəyişməsi haqqında xəbərdarlıqlar edilir.
ANS PRESS-in məlumatına görə, əsas səbəb "El Nino" isti cərəyanının yaranması göstərilir. Çünki Sakit okeanda ilk dəfə olaraq ilin bu vaxtında isti cərəyan yaranır. 
Dünya ekoloqları yaranan isti cərəyanın təsirindən xüsusilə Avropa və Rusiyanın şimalında yağıntıların əvvəlki illərlə müqayisədə intensivləşəcəyini bildiriblər. Bununla belə qonşuTürkiyə, eyni zamanda Azərbaycan da bu təsirdən yan keçə bilməyəcək.
Qeyd edilir ki, qar və yağış 2015-ci ilin sonunadək davam edəcək. 2016-cı ildən isə yağıntılar tədricən azalacaq.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ANS PRESS-ə açıqlamasında bildirib ki, yağıntıların artması Azərbaycanda indidən özünü göstərib. 
"Azərbaycanda yağıntılar vaxtilə noyabrdan başlayırdı. Lakin bu il yağıntılar artıq oktyabrın əvvəlindən başlayıb", - deyən ekoloq onu da bildirib ki, bu cür dəyişikliklər ölkədə məhsul istehsalına da mənfi təsir göstərir.

Mənbə: ANS PRESS

27 oktyabr 2015
GO BACK