Hasarların, yaşayış binalrının və ictimai-iaşə obyektlərinin divarları rəngarəng yazılarla örtülüb.Milli.Az Xezer xeber-a istinadən bildirir ki, Mingəçevirdəki əksər tikilərin divarlarında bu cür yazılara rast gəlmək mümkündür. Yazıların çoxu müxtəlif saytların adlarıdır.Sakinlər bu cür yazıların şəhərin gözəlliyini pozmaqla yanaşı,etik cəhətdən də mənfi xarakter daşıdığını bildirirlər.Kim tərəfindən yazıldığı isə məlum deyil.Məsələ ilə bağlı Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırılma İdarəsindən bildirildi ki,divarlar gecə saatlarında yazılır.Bir neçə dəfə həmin yazılar silinərək divarlar rənglənib və polisə də bu haqqda şikayət edilib. Hətta polislə birgə reydlər keçirilsə də, yazan şəxsləri tapmaq mümkün olmayıb.Bu səbəbdən də növbətçi təyin etmək qərarına gəliblər.Divarlara bu cür yazıların yazılması və şəkillərin çəkilməsinə görə qanunvericilkdə 50-100 manat məbləğində cərimə və 15 sutkalıq həbs nəzərdə tutulub.
Mənbə: Milli.Az