Qadin.NET / Əliyev Sarkisyan görüşü olacaq

Əliyev Sarkisyan görüşü olacaq

Əliyev Sarkisyan görüşü olacaq
Bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanarasında növbəti görüş baş tuta bilər. ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşü reallaşdırmaq niyyətindədirlər. 
Bu barədə amerikalı həmsədr Ceyms Uorlik verib. Onun sözlərinə görə, ən yüksək səviyyədə görüşün təşgili Bakı və İrəvan səfəri zamanı danışıqların ən əsas bəndlərindən biri olacaq. 
Mən bilirəm ki, dekabrın əvvəlində Ermənistanda referendum olacaq. Buna görə prezidentlərin iş qrafikinə uyğun olaraq görüş referendumdan sonra, ancaq ilin sonuna kimi baş tuta bilər". 
Həmsədr buna kimi prezidentlər səviyyəsində olmadan görüşlərin keçirilməsinin labüdlüyünü də vurğulayıb. Bu komissiya vəya işçi qrup ola bilər, xalq diplomatiyası layihələri də vacibdir. Həmsədrlər də bu vasitəçi olmağa hazırdırlar. 
ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün regiona səfəri başlayır. İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) ilk olaraq Ermənistana gedəcəklər. 
Görüş çərçivəsində onlar prezident və baş nazirlərlə görüşəcəklər. 

Mənbə: ANS PRESS

26 oktyabr 2015
GO BACK