Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Departamenti yaxın bir neçə gündə gözlənilən hava şəraiti barədə xəbərdarlıq yayıb. Məlumatda qeyd edilir ki, oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.
Mənbə: ANS PRESS