ANS PRESS-in məlumatına görə, ölkənin şimalında baş verən güclü zəlzələ Hindistan,Əfqanıstan, Qırğızıstan, Qazaxıstan və Azərbaycanda da hiss olunub.
İlkin məlumata görə, zəlzələ ancaq Pakistanda və Əfqanıstanda 50-yə yaxın insanın ölümünə səbəb olub. Yüzlərlə insan yaralanıb.
ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, Əfqanıstanda ölənlərdən 12-i azyaşlıdır.
Pakistanda sonuncu dəfə güclü zəlzələ ötən ay baş verib. Belə ki, 7.7 bal gücündə olan zəlzələ nəticəsində 350 nəfər ölüb, 705 nəfər isə xəsarət alıb. Zəlzələ nəticəsində yüzlərlə insanın itkin düşdüyü, onlarla evin dağıdıldığı da deyilir.
Qurbanların əksəriyyəti evlərin ucması nəticəsində xəsarət alıb. Yerli sakinlərin sözlərinə əsasən, zəlzələ gün ərzində bir neçə dəfə təkrar olunub. Həmin vaxtlarda uşaqlar evdə olduğundan, daha çox onlar ziyan çəkiblər.
Mənbə: ANS PRESS