Qadin.NET / Uşaqların qrip olmasının ŞOK SƏBƏBİ

Uşaqların qrip olmasının ŞOK SƏBƏBİ

Bilirik ki, uşaqlar soyuqdəymədən daha çox təsirlənirlər. Havaların soyuması ilə birlikdə uşaqlarda əsasən yuxarı tənəffüs yolu infeksiyası halları artmağa başlayır. Ancaq uşaqların xəstələnməsinin tək səbəbi soyuq hava şəraiti deyil. 

Milli.Az lent.az-a istinadən bildirir ki, yeni araşdırma siqaret çəkilən yerlərdə çox olan uşaqların daha çox qripə yoluxduğunu ortaya çıxarıb. Belə ki, siqaret çəkilən yerlərdə çox olan uşaqların immunitet sistemi daha tez zəiflədiyi üçün başda qrip olmaqla digər xəstəliklərə yol açır. Yəni, siqaret immunitet sistemini zəiflətdiyi üçün soyuqdəyməni irəlilədir. 

Uşaqların qrip olmasının ŞOK SƏBƏBİ


Yuxarı tənəffüs yolu xəstəliklərinə körpə və uşaqlar payız-qış mövsümündə daha çox yoluxurlar. Körpələrdə immunitet sistemi tam formalaşmadığı üçün yuxarı tənəffüs yolu infeksiyalarına diqqət etmək lazımdır. Pediatrlar əhəmiyyət verilməyən və 3-4 gün içində keçməyən soyuqdəymənin sətəlcəm, miningit kimi xəstəliklərə səbəb ola biləcəyini deyir.
Körpə və uşaqlarda halsızlıq, burun tıxanması, burun axması, asqırma, xırıltılı nəfəs alıb vermək, yüngül qızdırma, nəfəs alıb verməkdə çətinlik kimi əlamətlər görsəniz, bu artıq soyuqdəymənin xəbərçisidir. Belə hallarda 4 aydan kiçik körpələrə bol ana südü verilməli, 6 yaşınadək uşaqlara bitki mənşəli məhsullar verilməməlidir. Uşaq və körpənin otağının havası dəyişdirilməlidir. Böyük uşaqlar bol maye və təzə meyə suyu içməlidir. 3-4 gün ərzində uşağın durumundə müsbətə doğru irəliləyiş olmasa, mütləq həkimə getmək lazımdır.

 

Mənbə: Milli.Az

26 oktyabr 2015
GO BACK