Qadin.NET / "Qanlı Yanvar" Braziliyada diplom aldı

"Qanlı Yanvar" Braziliyada diplom aldı

"Qanlı Yanvar" Braziliyada diplom aldı
Oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalında nümayiş edilən kinorejissor Vahid Mustafa Yevin Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi mükafatlandırlıb. 
Film postsovet məkanındakı həqiqətlərin çatdırılmasına görə diplomla təltif edilib. 
"Qanlı Yanvar" filmi Azərbaycanı bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-nə kimi davam edəcək festival çərçivəsində film 5 dəfə nümayiş olunacaq.
Azərbaycanın Braziliyadakı səfiri ilə yanaşı, Braziliyanın bir sıra dövlət rəsmilərinin də qatıldığı təqdimatdan sonra film böyük maraqla qarşılanıb. Azərbaycanın festivalda təmsil olunması mərasim iştirakçılarının ölkəmiz haqqında daha çox məlumat əldə etmələrinə xidmət edəcək.

Mənbə: ANS PRESS

24 oktyabr 2015
GO BACK