Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə aparıcı İradə İsaq məlumat verib.Aparıcı əməkdar artistin xəstəxanada dünyasını dəyişdiyini bildirib:"Nə qədər yaşatmağa çalışsam da, mümkün olmadı. Aktrisa Gülnar xanım xəstəxanada dünyasını dəyişdi. Allah rəhmət eləsin".Qeyd edək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı.O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Gülnar Salmanova xərçəng və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi.
Mənbə: Milli.Az