Qadin.NET / İran Azərbaycana qapılarını açdı

İran Azərbaycana qapılarını açdı

İran Azərbaycana qapılarını açdı
İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb.
ANS PRESS-in məlumatına görə, bu ölkələr arasında Azərbaycanın da adı var.
Amma bu qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Bundan əvvəl turistlər İrana 14 günlük viza ala bilirdilərsə, bundan sonra daha 15 gün artıra bilərlər.
Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə aid deyil. Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər.
İrana səfər etmək istəyən ABŞSomaliBöyük BritaniyaKanadaBanqladeşİordaniyaİraq,Əfqanıstan və Pakistan vətəndaşları aeroportda viza əldə edə bilməzlər. Onlar bunun üçün ölkələrindəki İran konsulluqlarına müraciət etməlidirlər.

Mənbə: ANS PRESS

23 oktyabr 2015
GO BACK