Qadin.NET / Həyat yoldaşlarına xəyanət edən məmurlar cəzalanacaq

Həyat yoldaşlarına xəyanət edən məmurlar cəzalanacaq

Həyat yoldaşlarına xəyanət edən məmurlar cəzalanacaq
Çin hökuməti korrupsiya ilə mübarizə siyasəti ilə əlaqədar olaraq, məmurlara qarşı tələblər bir az da sərtləşdirilib.
ANS PRESS-in məlumatına görə, Çinli məmurlara qolf oynamaq, nəfslərinə tabe olmamaq və həyat yoldaşlarına xəyanət etmək qanunla qadağan edilib. Məmurların yenilənmiş kodeksi korrupsiya ilə mübarizəyə və dövlət qulluqçularının yüksək mənəviyyatına xidmət etməlidir. “Çin Kommunist Partiyasının (ÇKP) üzvləri ictimai və şəxsi maraqlarını üstünlüyü ictimai marağa verərək bölüşməli və fədakarcasına çalışmalıdırlar”, - yeni qaydalardan olan bu sitat ÇKP-nin 88 milyonluq üzvünün hər birinə aiddir. Partiya üzvü olan çinlilər yüksək mənəviyyat nümayiş etdirməli və dəbdəbədən uzaq qaçmalıdırlar. Belə ki, delikates yeməklər və qolf oyunu qadağan edilir. Bundan başqa, nikahdan kənar istənilən intim münasibət yolverilməz sayılır.

Mənbə: ANS PRESS

23 oktyabr 2015
GO BACK