Qadin.NET / Aşura günü yağış yağacaq

Aşura günü yağış yağacaq

Aşura günü yağış yağacaq
Aşura günü - oktyabrın 24-də ölkə ərazisində buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 11-14, gündüz 16-20 dərəcə isti olacaq.
Oktyabrın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Xatırladaq ki, sabah qanvermə aksiyaları keçiriləcək. Aksiya Yasamal rayonu Təzəpir məscidində, Yasamal rayonu Hacı Soltanəli məscidində, Səbail rayonu Bibiheybət və İçərişəhər Cümə məscidlərində, Suraxanı rayonu Qaraçuxur məscidində, Xəzər rayonu Mir Mövsüm ağa məscidində, Nizami rayonu Keşlə qəsəbə məscidində, Nəsimi rayonu Əjdərbəy məscidində, Sumqayıt şəhəri Cümə məscidində, Gəncə şəhəri - İmamzadə məscidində, Mingəçevir şəhəri Heydər məscidində, Şəki şəhəri Cümə məscidində, Lənkəran şəhəri Böyükbazar məscidində və Bərdə şəhəri Cümə məscidində keçiriləcək.

Mənbə: ANS PRESS

23 oktyabr 2015
GO BACK