Qadin.NET / Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
Lənkəran Böyük Bazar Cümə məsçidində Aşura mərasimi ilə bağlı könüllü qanvermə aksiyasına start verilib. 
ANS PRESS-in xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin fətvası ilə 2001-ci ildən mütəmadi olaraq keçirilən qanvermə aksiyasında böyük izdiham müşahidə olunub.Böyük Bazar cümə məsçidinin axundu Hacı Qəni Axundzadə bildirib ki, bu aksiya ilə insanlar Həzrəti İmam Hüseyn Əleyhissəlamın həm həyatı barədə maariflənirlər, həm də xeyirxah iş görülür: "Vaxtı ilə Aşura günü qılıncla baş yarmaq xoşagəlməyən səbəblərə gətirib çıxardırdı.İndi isə biz elmi yolla, əsl islamın nə dediyini maarifləndirici formada insanlara çatdırırıq."

Mənbə: ANS PRESS

23 oktyabr 2015
GO BACK