Qadin.NET / Qurban Qurbanov:"Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq"

Qurban Qurbanov:"Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq"

Qurban Qurbanov:"Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirdikləri səfər oyununu şərh edib. 
ANS PRESS-in məlumatına görə, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Uduzmaq istəmirdik. Amma təəssüf ki, qapımızda qol gördük. Bütün oyun ərzində müdafiədə diqqətli oynamağa çalışdıq. Sadəcə, rəqibin ustalığı müdafiə xəttində səhvə yol verməyimizə səbəb oldu. Nəticədə də qol buraxdıq. Topla yaxşı davranan komandaya qarşı oynamaq çox çətindi. Fikrimcə, biz müdafiədə düzgün oynadıq. Rəqibin cəhdlərinin qarşısını alırdıq. Lakin 90 dəqiqə buna nail olmaq çətindi. "Monako" da ələ düşən yeganə şansdan maksimum yararlandı".

Mənbə: ANS PRESS

23 oktyabr 2015
GO BACK