Milli.Az islam.az-a istinadən bildirir ki, bu dünyada şəriət cəzasına, axirətdə isə ilahi əzaba layiq olan günahlar böyük günah (kəbair) sayılır. Hansı günahların böyük olması barədə dini mənbələrdə məlumatlar fərqlidir. Dəqiq məlum olan budur ki, ən böyük günah Allaha şərik qoşmaqdır. Allaha şərik qoşan şəxs əgər tövbə etməzsə, qiyamət günündə Allah onu bağışlamaz. Günahsız şəxsi öldürmək, özünə qəsd etmək (intihar etmək), zina etmək, valideynə itaətsizlik etmək, yalandan şahidlik edib böhtan atmaq, ismətli qadına əxlaqsız töhmət vurmaq, sehirbazlıqla və sələmçiliklə məşğul olmaq, yetim malı yemək, oğurluq etmək, şərab işmək, qumaq oynamaq kimi əməllər böyük günah hesab edilir. Bəzi alimlər isə ümumiyyətlə böyük və kiçik günahlar bölgüsünü səhv sayırlar. Onların fikirncə, hər hansı günah əgər təkrar edilərsə və tövbə olunmazsa böyük günahdır.
Mənbə: Milli.Az