Qadin.NET / Braziliyada beynəlxalq film festivalı başladı

Braziliyada beynəlxalq film festivalı başladı

Braziliyada beynəlxalq film festivalı başladı
"Qanlı Yanvar” 300-dən çox film arasında Azərbaycandan olan yeganə filmdir.

Bu gün 39-cu “Mostra” - San-Paulo Beynəlxalq film festivalının açılışı olub. 
ANS PRESS-in məlumatına görə, açılışda Braziliyanın mədəniyyət naziri, Prezidentin nümayəndəsi, San-Paulo meri, Latın Amerikasından olan rejissorlar, Braziliya və digər ölkələrdən olan məşhur aktyor və aktrisalar da iştirak ediblər. 
Mərasimdə Selton Melo, Debora Seko kimi aktyorlar iştirak ediblər. 300-dən çox filmin nümayiş olunacağı bu Beynəlxalq kinofestivala Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi də dəvət alıb. 

Mənbə: ANS PRESS

22 oktyabr 2015
GO BACK