Qadin.NET / Azərbaycan böhranla üz-üzə

Azərbaycan böhranla üz-üzə

 

Azərbaycan böhranla üz-üzə

Bu gün Neft İxrac Edən Ölkələr Birliyinin (Organization of the Petroleum Exporting Countries - OPEC) iclası keçirilir.
ANS PRESS-in məlumatına görə, iclasda təşkilata üzv olamyan ölkələr, o cümlədənAzərbaycan da dəvət edilib. 
Lakin ölkənin energetika naziri Natiq Əliyev bu toplantıda iştirak etməyəcəyini bildirib. O, bunun səbəbini izah edərkən bildirib ki, çağırılan iclasda neft hasilatının azaldılması müzakirə olunacaq. 
"Azərbaycan nefti tək özünə deyil, konsorsiuma məxsusdur. Buna görə də ölkə belə bir qərarı təkbaşına qəbul edə bilməz", - deyə nazir jurnalistlərə açıqlamasında bildirib.
OPEC-in toplantısında neft istehsalının azaldılması müzakirə ediləcək, neft istehsalçıları bu yolla neftin 1 barrelinin qiymətini ilk mərhələdə 70, sonra isə 100 dollaradək qalxmasına nail olmaq istəyirlər.

 

Mənbə: ANS PRESS

21 oktyabr 2015
GO BACK