Qadin.NET / Bayram günü Dünya dağıla bilər

Bayram günü Dünya dağıla bilər

Bayram günü Dünya dağıla bilər
NASA kosmik agentliyinin astronomları oktyabrın 31-də (əksər qərb ölkələrinin Hellouinbayramını qeyd etdiyi gün) Yer kürəsinin yaxınlığından keçəcək nəhəng asteroidaşkarlayıblar. 
ANS PRESS-in əldə etdiyi məlumata görə, asteroid Yer kürəsi üçün son doqquz ildə ən yaxın məsafədən keçəcək. Bununla belə, asteroid kifayət qədər yüksək sürətlə hərəkət edir. Hesablamalara görə, hazırda onun sürəti 35 km/saniyəyə bərabərdir. 
Asteroidə 2015 TB145 adı verilib. Planetimizdən 499 min kilometr məsafədə keçəcək səma cisminin diametri 280-620 metr olacaq. 
Bu həcmli səma cismlərindən sonuncusu 2006-cı ildə Yer kürəsinin yaxınlığından keçmişdi. Bir daha belə hadisənin 2027-ci ilə təsadüf edəcəyi gözlənilir.

Mənbə: ANS PRESS

21 oktyabr 2015
GO BACK