Qadin.NET / Yağış geri qayıdır

Yağış geri qayıdır

Yağış geri qayıdır
Sabah ölkə ərazisində yenidən yağmurlu hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Mənbə: ANS PRESS

21 oktyabr 2015
GO BACK